Bu maşın qəza törədib qaçıb – GÖRƏNLƏRDƏN KÖMƏK İSTƏYİRLƏR

Noyabrın 2-də, saat 19:14 radələrində Bakıda qəzaya səbəb olan sürücü hadisə yerindən qaçıb. Bu barədə Cars-az-a zərərçəkən özü məlumat verib. Adının çəkilməsini istəməyən sürücü bildirir ki, aeoroport yolu ilə üzü şəhər istiqamətində gələrkən yeni inşa olunan olimpiya stadionunun yanında «BMW-X-5» markalı avtomobil qəflətən onun yoluna çıxıb və qəza baş verib. Bunun ardınca isə həmin avtomobilin sürücüsü hadisə yerindən qaçıb: «Videonu ona görə göndərdim ki, bu maşın qəzaya səbəb olaraq hadisə yerindən qaçıb. Bəlkə sahibi görüb peşman olub ortaya çıxar. Mənim avtomobilim «Hyundai» - iX-35-dir. Qəflətən yoluma çıxdı. Sağdan sola təhlükəli manevr etdi. Amma dərhal da qaçdı. Hadisə yerinə yol polisi əməkdaşları gəldi. Qəzaya səbəb olan maşın qaçdığı üçün mənə heç bir sənəd vermədən Yol Polisi İdarəsinə dəvət ediblər».

Əziz oxucular! Aranızda videoda gördüyünüz «BMW-X-5» markalı avtomobilin dövlət nömrə nişanını görən, bilən varsa, Cars-az saytına yazmanız və ya Baş Dövlət Yol Polisi İdarəsinin 902 xidmətinə zəng edib məlumat verməyiniz xahiş olunur. Hadisənin dəqiq tarixi, saatı videoda da qeyd olunub.

Cars-az

Поделитесь с друзьями