Ekskovator körpüyə niyə ilişdi? Hüquqşünas şərh verir

Telekanallarbirsüjetgöstərdi. Xüsusiavtoqoşqununüstündə olanekskovatoryolunüstündəkikörpününaltınailişibqalıb. Bu əhvalat yadıma bir şeyi saldı. Ölkəmizin yollarında yolun üstündə olan bütün maneələrin yanına şəkildə gördüyünüz 3.13 nişanı qoyulmalıdır. Özü də bu nişandakı kəmiyyət yolun üstündəki maneədən yolun səthinə qədər olan faktiki hündürlükdən 0,2 metr kiçik olmalıdır. Amma bizimkilər bu nişanı hardansa hazır alırlar. Onu düzəldən də deyəsən, bütün nişanlara "4,5" yazır (bu, o deməkdir ki, yuxarıdakı maneədən yolun səthinə qədər ən azı 4,7 metrdir). Ona görə də faktiki hündürlük 3,5 metr olan yerə də bu nişan qoyulur. Onu görən sürücü də oradan keçəcəyini düşünür. Lakin ilişir.

Ərşad Hüseynov

avtosfer.az

Поделитесь с друзьями