Aİ-95 markalı benzin ucuzlaşmayacak, əksinə bahalaşacaq

Azərbaycanda yanacaqdoldurma məntəqələrində "Premium Euro-95" markalı benzin satışa çıxarılıb. Bu markadan olan benzinin pərakəndə satış qiyməti Tarif Şurası tərəfindən sərbəstləşdiyi üçün, elə gözləndiyi kimi 93 qəpikdir. Məsələ ondadır ki, "Premium Euro-95" benzini ölkəyə xaricdən idxal edilir və ona görə qiymət artımı üçün bu fakt əsas götrülüb. Necə ki, yanacaqdoldurma məntəqələrindən idxal edilmiş həmin növ benzinin ilkin satışı qiymətinin baha olmasını yol xərci və keyfiyyətinin yüksək olması ilə izah edirlər. Belə ki, "Azpetrol” MMC-nin Mərdəkan yolunda yerləşən yanacaqdoldurma məntəqələrindən aldığımız məlumata görə, əvvəllər Aİ-95 markalı benzin 80 qəpiyə satılırdı. Çünki o zaman benzin bizdə istehsal olunurdu. Bizə artıq "Premium Euro-95” markalı benzin xaricdən gətirilir. Bu benzinlər isə "Avro-4” standartlarına uyğundur. Ona görə də onun qiyməti qalxıb. Gətirilmə xərcinə uyğun qiymət 93 qəpik olaraq müəyyələşdirilib. Onun gələcəkdə artıb azalması haqqında isə indidən nəsə demək çətindir. Tək "Azpetrol” yox, digər yanacaq doldurma məntəqələri də onu satışa çıxardacaq. Çox ehtimal ki, onlarda da qiymət eyni olacaq. Aİ–98 markalı benzin kimi, bunu da Rumıniyadan alırıq.

Məlumat üçün qeyd edək ki, ümumilikdə 95 və daha yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı təqribən 10 faiz təşkil edir. Ancaq ölkəyə gətirilən yeni avtomobillərin sayəsində Aİ-95 markaı benzinə tələbatın artması müşahidə ediləcək. Bu isə yeni qiymət artımlarına yol açacaq.

Mütəxəssislərin sözlərinə görə, Nazirlər Kabineti 31 mart 2014-cü il tarixli, 90 saylı Qərarı ilə qiymətləri dövlət tərəfindən tənzimlənən malların Siyahısına dəyişiklik edib. Dəyişikliyə görə, ölkəyə gətirilən ekoloji norması avro-5 tələblərinə uyğun, oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinlərinin qiymətini müəyyən etməyi bazarın üzərinə atıblar. Yəni, onların qiymətini artıq Tarif Şurası tənzimləmir.
Maraqlıdır bundan sonra nə baş verəcək? ARDNŞ neft emalı zavodunu təmirindən sonra Aİ-95 markalı benzinin istehsalını bərpa etmir. Bununla da bazar Aİ-95 idxal benzininin ümidinə qalır. İdxal olunan benzini qiyməti sərbəst olduğundan onun qiymətinin yüksələn xətlə bahalaşması tamamilə mümkündür. Güman ki, ssenari belə də olacaq. Bundan sonra Tarif Şurası işini bitmiş hesab edəcək və qiyməti artıq bazar müəyyənləşdirəcək. Düzdür, hökumət qiymət artımını minimuma endirmək üçün vergi güzəştləri tətbiq edə bilər. Baxmayaraq ki, idxal olunan 95 və 98 oktanlı avtomobil benzinləri üçün gömrük rüsumlarını 15 faiz-dən sıfıra, aksiz dərəcələri isə bir ton üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına endirilib. Ekspertlərin yanaşmasına görə, ancaq bütün bunlar benzinin bahalaşmayacağına zəmanət vermir. Aİ-95 benzini dünya bazarlarında neftin qiymətindən və benzini emal edən zavodun qiymət siyasətindən birbaşa asılı olacaq. Ucnoqta.az

Поделитесь с друзьями